İdman

Sərgən Yalçın yenidən superliqada

Türkiyənin “Konyaspor” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə,  “NTV Spor”a istinadən xəbər verir ki, Super Liqanın XXIV turunda evdə “Yeni Malatyaspor”a 0:1 hesablı məğlubiyyətdən sonra müqaviləsinə xitam verilən Mehmet Özdileki Sərgən Yalçın əvəzləyib.

46 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, “Konyaspor” hazırda 21 xalla 16-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43