Dünya futbolu

Sərgən Yalçından gözlənilməz qərar

“Qaziantepspor”un baş məşqçisi Sərgən Yalçın postunu tərk edir.

Komanda ilə çıxdığı 4 oyunda 4 qələbə qazanmaqla Superliqada məşqçilik karyerasına uğurla başlayan çalışdırıcı bu barədə açıqlamasında deyib.

“İki həftədən sonra mən və məşqçi heyətim “Qaziantepspor”dan ayrılacağıq. Mənə deyil, oyunçularıma dəyər versinlər”.

Qeyd edək ki, Sərgən Yalçınlı “Qaziantepspor” “Elazığspor”, “Gənclərbirliyi”, “Trabzonspor” və “Kayseri Ərciyəsspor”la görüşlərdən qalib ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43