Dünya futbolu

Sərgən Yalçının yeni iş yeri müəyyənləşdi

Növbəti mövsümdən etibarən Türkiyə Super Liqasında mübarizə aparacaq “Yeni Malatyaspor”un baş məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Malatya təmsilçisi Sərgən Yalçınla razılıq əldə edib. O, bu postda bir neç gün öncə istefaya göndərilən İrfan Buzu əvəz edəcək. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Sərgən Yalçının son iş yeri “Kayserispor” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43