İdman

Sergey Zenyov Azərbaycan və Polşa çempionatlarını müqayisə etdi

“Polşaya gələnə qədər Azərbaycanda oynadım. “Azərbaycanda çempionluq uğrunda cəmi 2 komanda mübarizə aparır”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Sergey Zenyov deyib.

Yayda “qırmızı-qaralar”dan ayrılan estoniyalı hücumçu karyerasını Polşanın “Krakoviya” klubunda davam etdirir.

Ölkəsinin mətbuatına açıqlama verən Zenyov Azərbaycan və Polşa çempionatlarını müqayisə edib. O, hazırda çıxış etdiyi ölkənin birinciliyində daha gərgin rəqabətin olduğunu deyib: “Polşa çempionatının səviyyəsi isə yüksəkdi. Bütün komandalar eyni gücdədi və hadisələrin necə cərəyan edəcəyini bilmək olmur. Buna görə də, Ekstraklasa çox maraqlıdı. Lider komanda öz mövqeyini asanlıqla tərk edə bilər”.

Zenyov Polşadakı azarkeş fərqini də vurğulayıb: “Burda stadionlar gözəl və böyükdü. Oyunlara baxmağa çoxlu azarkeş gəlir. Polşada əsl futbol atmosferi var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43