Ölkə futbolu

Sergey Zenyov: “Ötən ilki ilə müqayisədə bu il qrupumuz zəifdir”

“Avropa Liqası mənim turnirimdir. Burada daha uğurlu çıxış etməyimin səbəbini heç özüm də bilmirəm”. İdmanxeber.com-un məlumatına görə, bunu “Qəbələ”nin estoniyalı futbolçusu Sergey Zeynov deyib.

 

27 yaşlı yarımmüdafiəçi ölkəsində verdiyi müsahibəsində klubunun Avropa Liqasının qrup mərhələsinə yüksəlməsindən danışıb. “Qəbələ”də vurduğu qolların çoxunu avrokubokda vuran Zeynov bunun sirrini açıqlamasa da, qarşıdan gələn qrup mərhələsi barədə fikirlərini açıqlayıb: “Ötən mövsüm “Borussiya” kimi bir rəqiblər eyni qrupda mübarizə apardıq. Bu dəfə isə digər güclü komandalar “Sent-Etyen”, “Maynz” və “Anderlext”lə oynayacağıq. Düşünürəm ki, ötən ilki ilə müqayisədə bu dəfə qrupumuz daha zəifdi. Bu 3 komandanı dəyərləndirsək, onların təxminən eyni səviyyəyə malik olduğunu söyləmək mümkündü”.

 

Hazırda Estoniya millisinin düşərgəsində olan yarımmüdafiəçi avqustun 31-də Malta, sentyabrın 6-da Bosniya və Herseqovina ilə keçirəcəkləri oyuna da toxunub: “Yığma ilə yeni mövsümə Malta üzərində qələbə ilə başlamaq istərdik. Bu komandada yaxşı əhval-ruhiyyə yaradacaq ki, Bosniya və Herseqovinaya səfər öncəsi yerinə düşəcək. Bir sözlə, DÇ-2018-in ilk qarşılaşmasında qalib gəlməyə iddialıyıq. Özümə gəlincə, komandanın hücum xəttinin lideri və bombardiri olmaq istəyirəm. Seçmə mərhələdə ilk 2 yerdən birini tutub, Rusiyadakı mundiala yollanmaq arzusundayam. Əgər bu yoxdusa, futbol oynamağın da mənası olmaz”.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43