Dünya futbolu

“Şerif” “Qarabağ” matçının hakimləri bilindi

Oyunu Avstriyalı hakimlər idarə edəcək.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Avroliqanın 3-cü mərhəlinin pley-off qarşılaşmasında keçiriləcək “Şerif” – “Qarabağ” matçının hakimləri bəlli olub. Görüşü Avstriyadan olan hakimlər idarə edəcək. Oyunun baş hakimi Harald Lexner olacaq. Ona Andreas Heydenreix və Maksimilian Kolbitç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yulian Vaynberqer yerinə yetirəcək. Hakim-inspektor Vladimir Petrov (Ukrayna), UEFA nümayəndəsi Teyvo Holapaynen (Finlandiya) olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43