Kateqoriyasız

“Qarabağ” yenə “Şerif”ə heç bir şans vermədi

Bu gün “Qarabağ” Çempionlar Liqasında növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi komanda II təsnifat mərhələsi çərçivəsində Moldova “Şerif” ilə üz-üzə gəlib.

Tiraspollularla iki dəfə qarşılaşan (2017/18 və  2018/19 mövsümündə) Ağdam təmsiliçsi hər iki dueldən qalib ayrılmışdı. Bu dəfə də belə oldu. “Köhlən atlar” 3 qolun qeydə alındığı matçda rəqibini məğkub edib və III mərhələyə yüksəlib – 2:1.

Xatırladaq ki, “Qarabağ” 1-ci təsnifat mərhələsində Şimali Makedoniya “Sileksi”nə 4:0 hesabı ilə qalib gəlib.

26 avqust

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) 2:1

Qollar: Matiç, M.Emreli

Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43