Ölkə futbolu

“Şerif”ə boyun əyən komanda Rauf Əliyevi sıralarına qatır

Milli komandamızın və “İnter”in oyunçusu Rauf Əliyev legioner həyatı yaşayacaq.

İdmanxeber.com-un məlumatına görə,  bu barədə Albaniya mətbuatı xəbər yayıb. 28 yaşlı forvardın sözügedən ölkənin “Kukesi” klubu ilə anlaşdığı iddia olunub. Onunla bir illik müqavilə imzalanacağı da qeyd olunub. Rauf avqustun 11-də yeni komandasına qoşulacaq.

 Qeyd edək ki, "Kukesi" kollektivi bu mövsüm UEFA Çempionar Liqasının II təsnifat mərhələsində, "Qarabağ"ın mübarizədən kənarlaşdırdığı "Şerif"in rəqibi olub. Moldovalılar Raufun yeni komandasını relsdən çıxarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43