Kateqoriyasız

“Şerif”in baş məşqçisi: “Qarabağ”ın zəif tərəfləri var”

Sabliç təmkinli danışıb.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Avroliqasının pley-off mərhələsinin ilk oyununda sabah “Şerif” komandası “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma öncəsi ev sahibi komandanın baş məşqçisi Qoran Sabliç jurnalistlərin suallarını cavablandırıb.

O, komandasında hər şeyin qaydasında olduğunu bildirirb:

“Komandamızda hər şey qaydasındadır. Zədəli futbolçularımız yoxdur. Bu gün son olaraq, oyunçularımızın hansı vəziyyətdə olduğunu görəcəyik və sabah hansı start heyəti ilə mübarizə aparacağımızı müəyyənləşdirəcəyik. Taktiki planda bir az dəyişiklik edəcəyik. Rəqibə uyğun oyun üslubu seçəcəyik. Futbolçularda özünəinam maksimum dərəcədədir. Hamı uğurlu nəticəyə inanır. İki gün öncə də səfərdə qalib gəldiyimiz çətin oyunumuz olub. Sabah bir qədər fərqli oynaya bilərik. Meydana yaxşı nəticə qazanmaq üçün çıxacağıq. Azarkeşlərimizin qarşısında alacağımız yaxşı nəticə bizi qrup mərhələsinə apara bilər. Mümkün qədər diqqətli olmalıyıq. Rəqibin qısa ötürmələrlə təhlükə yarada biləcək texnikalı futbolçuları var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43