Ölkə futbolu

“Şerif”in baş məşqçisi: “İndiki vəziyyətdə üstünlük bizdədi”

“Sabah bizi çətin oyun gözləyir. "Qarabağ" topla yaxşı oynayan, sürətli və güclü kollektivdi. Onlar meydanda üstünlük qurmağı bacarırlar”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözlər “Şerif”in baş məşqçisi Roberto Bordinə məxsusdu. Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabahkı "Qarabağ" oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran mütəxəssis sözlərinə bu cür davam edib:
"Bakıdakı niyyətimiz daha yaxşı nəticə qazanmaq idi. Ancaq belə götürsək, 0:0 da pis hesab deyil. İndiki vəziyyətdə üstünlük bizdədi. Çünki doğma publika qarşısında meydana çıxacağıq. Düşünürəm ki, onlar tribunaları dolduracaqlar". 

İtaliyalı mütəxəssis ilk oyundan fərqli olaraq cavab qarşılaşmasında hücum futboluna üstünlük verəcəklərini də gizlətmədi:

" Əgər biz “Kukesi” ilə hər iki oyuna nəzər salsaq, görərik ki, kifayət qədər qol vəziyyətləri yarada bilmişdik. Bakıda da bizim şanslarımız oldu. Oyunun əvvəllərində penalti oldu ki, hakim təyin etmədi. Ancaq istənilən halda müdafiəni unutmaq olmaz. Rəqimiz çox texnikalı, mövqelər üzrə yaxşı yayılan və hücum quran komandadır".
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43