Ölkə futbolu

“Şerif”in baş məşqçisi: “Qarabağ” bizi qapımıza sıxmışdı”

“Çox çətin oyun oldu. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə bunu bacarmadıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözlər Moldovanın “Şerif” klubunun baş məşqçisio Roberto Bordinə məxsusdur.

Tiraspol təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Qarabağ”la qolsuz heç-heçə edib.


Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı mütəxəssis fikirlərini bildirib: “İkinci hissədə “Qarabağ” bizi qapımıza sıxmışdı. Dünən də belə bir oyun olacağını demişdim. Azarkeşlərin təzyiqi nəticəsində oyun bizim üçün daha çətin oldu. Ancaq bundan daha yaxşı oynaya bilərdik”.

– Necə düşünürsünüz, növbəti mərhələyə adlamaq şansınız var?

– “Qarabağ”ın topla yaxşı oynadığını bilirdik. Buna görə də cinahları bağlamışdıq. Bizim əsas məqsədimiz əks-hücumda oynamaq idi. Səfərdə oynadığımız üçün bundan başa oyun sərgiləyə bilməzdik.

– Əks-hücumda oynadığınızı desəniz də, “Qarabağ”ın qapısına dəqiq zərbə vura bilmədiniz…

– Düşünürəm ki, “Qarabağ”ın qapısında təhlükəli epziodlar yaratmağı bacardıq. Amma ikinci hissədə hücum edə bilmədik və bunu normal qarşılayıram. Çünki rəqib cinahlardan hücumlar etməyə başlamışdı. Buna görə də müdafiə olunmalı idik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43