Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Şerif” öz meydanında “Valyur” ilə üz-üzə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, ilk hissəsi qolsuz başa çatan görüşün ikinci yarısında meydan sahibləri fərqlənməklə qələbəni qazanan tərəf olub.
Tərəflər arasında cavab matçı 1 həftə sonra İslandiyada keçiriləcək.
Qeyd edək ki, BATE – “Qarabağ” cütünün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Şerif” – “Valyur” cütünün qalibi ilə qarşılaşacaq.