20 Sentyabr 2024
Dünya futbolu

Seriya 30 oyuna çatdı

“Bayer” (Leverkuzen) bu mövsüm məğlubiyyətin nə olduğunu bilmir.

İdmanxeber.az-ın məlumatına görə, Leverkuzen təmsilçisi ötən gecə Almaniya Kubokunda “Ştuttqart”la qarşılaşıb. Conatan Tahın 90-cu dəqiqədə vurduğu qolla oyunu 3-2 hesablı qələbəylə başa vuran Xabi Alonsonun yetirmələri yarımfinala yüksəlib.

“Bayer” bu mövsüm bütün turnirlərdə çıxdığı 30 oyunda 26 qələbə qazanıb və 4 heç-heçə edib.

Xatırladaq ki, Bundesliqa liderinin növbəti sınağı fevralın 10-da 2-ci yerdə gedən “Bavariya”ya qarşı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43