Ölkə futbolu

Sertan oynadı, komandası uduzdu

Türkiyə 1-ci Liqasında 31-ci turunda azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi “Manisa” səfərdə “Altay”la üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Taşkın da bu görüşün iştirakçısı olub. 27 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.

31 turdan sonra 36 xal toplayan “Manisa” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43