Dünya futbolu

Serxio Ramos: “Barselona” uduzsa, rahat yatacam”

“Birinci hissədə rəqib bizi çox çətin vəziyyətə saldı. Ancaq necə qələbə qazanacağımızı bilirdik. İkinci hissə daha asan oldu”.

Bu sözləri “Real”ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə cavab oyunundan (3:1) sonra deyib.

Sözügedən qarşılaşmada ilk qola imza atan ispan müdafiəçi bildirib: “Bir həftə əvvəl mənə edilən tənqidlərə əsəbiləşmişdim. Bu cür qollar vururam deyə qəhrəman deyiləm. Avropadakı 100-cü oyunumu qolla qeyd etməkdən məmnunam”.

S.Ramos bu gün keçiriləcək “Barselona” – PSJ görüş haqda da danışıb: “Barselona” da məğlub olsa, daha çox xoşbəxt olacam. Ondan sonra gecə rahat yata biləcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43