08 Sentyabr 2024
Dünya futbolu

Serxio Roberto karyerasında ilki yaşadı

“Barselona”nın müdafiəçisi Serxi Roberto İspaniya çempionatının 18-ci turunun “Almeriya” ilə qarşılaşmasında (3:2) 2 qol vurub.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı ispaniyalı karyerasında ilk dəfə bütün  kataloniyalıların heyətində dubla imza atıb. O, “Blauqrana”nın heyətində 357 oyun keçirib.

“Barselona” 38 xal toplayaraq La Liqanın turnir cədvəlində 3-cü pilləyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43