Ölkə futbolu

Şevçenko: “Neftçi” sabah mütləq qalib gəlməlidi”

“Azərbaycan mənim vətənimdir”.

İdmanxəbər. com-un məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Vitali Şevçenko deyib. Paytaxt təmsilçisinin 80 illik yubileyinə dəvət olunan veteran açıqlama verib. 1971-ci ildə SSRİ çempionatının 33 ən yaxşı futbolçusu sırasına düşən hücumçu Azərbaycana bağlılığından danışıb, sabah keçiriləcək “Qarabağ”la kubok oyunu haqda fikirlərini bildirib:

“Həyatımdakı bütün ilklər bu ölkə ilə bağlıdır: ilk dostlar, ilk futbol… Xoş hisslər keçirirəm. Hesab edirəm ki, “Neftçi” sabah mütləq qalib gəlməlidi. Əminəm ki, azarkeşlər belə bir gündə komandanı layiqincə dəstəkləyəcəklər”.

Qeyd edək ki, Vitali Şevçenko 1968/72-ci illərdə “Neftçi”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43