Maqazin

Sevgilisi Ronaldonun pulundan kolleksiya yığır – FOTOLAR

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun sevgilisi İrina Şayk sənət yerinə pul kollekiyası yığdığını açıqlayıb.

“Vanity Fair”ə danışan rus model bunları deyib: “Mən sənət kolleksiyası yığmıram. Çünki bu mənə sərf etmir. Pul kolleksiyası yığıram. Bu, daha sərfəlidir. Hazırda ekonomik kriz höküm sürür. Mən də bunun üçün pul kolleksiyası yığıram”.

Uzun müddətdir Ronaldo ilə birlikdə yaşayan rus modelin çantalara böyük marağı var və bunun üçün də onun evində “Hermes Birkins” kolleksiyası var. 

“Çantalarımı çox sevirəm. Bunun üçün “Birkins” kolleksiyam var. Mən 40 yaşında olanda da həyatdan həzz almaq istəyirəm”.


Ronaldo ilə evlənməyə hazırlanan İrina Şayk, “New York’ta West Village’da iki mülkə və Rusiyada saysız-hesabsız evə sahibdir.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43