Kateqoriyasız

“Sevilya” Bakıya yarımcan gəlir

Ötən həftəsonu La Liqada “Alaves”lə görüşü də buraxan “Sevilya”nın üzvü Nolito Bakıya gətirilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya millisinin də şərəfini qoruyan forvard zədə səbəbindən “Qarabağ”la oyunda meydana çıxa bilməyəcək. “Real”la keçiriləcək oyunu da nəzərə alan Əndəlüs klubunun baş məşqçisi Lopeteqi oyunçusuna tamam sağalmaq imkanı yaradıb.

Əlavə olaraq İspaniya klubunda Lukas Okampos cəza səbəbindən Ağdam klubu ilə görüşdə forma geyinə bilməyəcək.

Qeyd edək ki, “Qarabağ” – “Sevilya” oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 20:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”ın Avstriyada sonuncu oyunu – Fotolar

admin

“Ronaldo yüzlərlə qıza tilov atıb, mənə də İnstaqramda yazdı, cavab vermədim”

admin

Sadio Mane həyat hekayəsini danışıb

admin