Kateqoriyasız

“Yuventus” uduzdu, “Borussiya”dan qələbə

Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir. Bu gün daha iki matç keçirilib.

Daha maraqla gözlənilən görüşdə “Yuventus” “Portu”nun qonağı olub. Hər iki hissənin əvvəlində top buraxan Turin klubu bunlardan yalnız birinin əvəzini çıxmağı bacarıb – 1:2.

Gecənin digər görüşündə “Sevilya” Dortmund “Borussiya”sını qəbul edib. Matçda hesabı meydan sahibləri açsa da, Almaniya klubu sonda 3:2 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
1/8 final (ilk oyunları)

17 fevral

00:00. “Portu” – “Yuventus” – 2:1
Qollar:
 Taremi, 2, Mareqa, 46 – Kyeza, 82

00:00. “Sevilya” – “Borussiya” (Dortmund) – 2:3
Qollar:
 Suso, 7, De Yonq, 84 – Dahud, 19, Holand, 27, 44


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”da daha 5 nəfərdə koronavirus aşkarlandı – Adlar

admin

Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

admin

UEFA-dan AFFA-ya maliyyə yardımı

admin