Dünya futbolu

“Sevilya” “Qarabağ” üçün heyəti açıqladı – 8 əsas oyunçusu yoxdur

“Sevilya”nın Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la bugünkü oyun üçün iştirak ərizəsi müəyyənləşib

Baş məşqçi Xulen Lopetegi siyahıya 18 futbolçunun adı daxil edib:

1. Tomaş Vatslik, 3. Serxi Qomes, 5. Lukas Okampos, 6. Daniel Karriço, 7. Roni Lopeş, 9. Munas Dabbur, 11. Munir Əl Həddadi, 12. Jül Kunde, 13. Yasin Bunu, 14. Çiçarito, 15. Alexandro Poso, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres, 22. Franko Vaskes, 26.Mena, 30. Brayan Xill, 34. Felipe Çakarteqi

İspaniya təmsilçisində La Liqanın14-cü turunda “Valyadolid”lə matçda start heyətə meydana çıxan Nolito, Lyuk de Yonq, Ever Baneqa, Serxio Reqilon, Xesus Navas, Jordan, Dieqo Karlos, Fernando kimi aparıcı futbolçular heyətə daxil edilməyib.

Qeyd edək ki, “Sevilya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43