Kateqoriyasız

“Sevilya” “Qarabağ”la oyun üçün bu futbolçuları Bakıya gətirəcək

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İspaniyanın “Sevilya” klubunun UEFA-ya təqdim etdiyi iştirak ərizəsi məlum olub.

La Liqa təmsilçisi 25 oyunçunun adını sifariş edib.

Qapıçılar: Tomaş Vaçlik (Çexiya), Bono (Mərakeş), Xavi Dias;
Müdafiəçilər: Daniel Karriço (Portuqaliya), Xules Kunde (Fransa), Dieqo Karlos (Braziliya), Xesus Navas (kaptain), Serxi Qomes, Serxio Eskudero, Serxio Requlyon;
Yarımmüdafiəçilər: Lukas Okampos, Ever Baneqa, Franko Vaskes (hamısı Argentina), Roni Lopes (Portuqaliya), Munas Dabbur (İsrail), Nemanya Qudeli (Serbiya), Fernando (Braziliya), Alexandro Pozo, Oliver Torres, Xoan Cordan;
Hücumçular: Çiçarito (Meksika), Luk de Yonq (Hollandiya), Nolito, Munir El-Haddadi, Brayan Gil.

“Sevilya” qrupda ilk oyununu sentyabrın 19-da Bakıda “Qarabağ”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Ağır perioddayıq” – Qurban Qurbanov

admin

Həftəsonları karantin rejimi sərtləşdirildi – Qaydalar

admin

Yerri Mina “Everton”da?

admin