Dünya futbolu

“Sevilya”dan 20 milyonluq transfer

“Sampdoriya”nın forvardı Luis Muriel “Sevilya”ya keçmək üzrədir.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Məlumata görə, klublar artıq transferi 20 milyon avro və bonuslara razılaşdırıb. Bundan başqa “Sampdoriya” futbolçunun növbəti transferindən  20% qazanacaq.

Murielə yalnız tibbi müayinədən keçmək qalıb. O, tibbi müayinədən keçdikdən sonra müqaviləni imzalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43