27 Oktyabr 2020
Kateqoriyasız

“Sevilya”nın baş məşqçisi “Qarabağ”dan danışdı

“Sevilya”nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:

“APOEL Çempionlar Liqasının son yarımfinalçı Hollandiya “Ayaks”ına müqavimət göstərdi. “Qarabağ” isə iki il əvvəl “Atletiko”nu Çempionlar Liqasında büdrətdi. Avropada hər bir oyun 3 xal deməkdir və biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdur”.

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda APOEL “Düdelanj”ı, “Qarabağ” “Sevilya”nı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bunu komandada hiss etdim” – Qurban Qurbanov

admin

Premyer Liqamızda 57-ci legioner, 3-cü ispaniyalı

admin

Şehiç və Almeydadan Xocalı paylaşımı – Fotolar

admin