29 Noyabr 2020
Kateqoriyasız

“Sevindiricidir ki, tələbəmiz müsbət qarşılandı” – Emrah Çelikel

“Digər ölkələrdə təhlükəsizlik məsələsi başda olmaqla, sıxıntılarımız ola bilərdi. Türkiyədə hansı klubla əlaqə saxlasaq, bizi isti qarşılayacaqlarına əmin idik. Azərbaycan və Türkiyə qardaş ölkədir. Bu ölkələrin komandaları bir-birinin meydanında özlərini səfərdəki kimi hiss etməzlər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda “Vilyarreal”la oyunlarının İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionuna salınması barədə danışarkən deyib.

Klub rəsmisi UEFA-nın bu qərarına sevindiklərini bildirib:

“Həm klub prezidenti Göksel Gümüşdağ, həm də digər rəsmilər bizi isti qarşıladı. Bizə kömək edəcəklərini bildirdilər. UEFA-ya “Başakşehir Fatih Terim” stadionunu alternativ variant kimi təklif etmişdik. Sevindiricidir ki, tələbəmiz müsbət qarşılandı. “Vilyarreal”la oyunu burada keçirəcəyik. Növbəti ev oyunları ilə bağlı qərar dəqiq deyil. Bu, bir oyunluq qərardır. “Başakşehir” klubuna “Qarabağ” adından təşəkkürümüzü bildirirəm. Türkiyədə görüşərik”.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. “Qarabağ” – “Vilyarreal” oyunu oktyabrın 29-da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Neftçi”nin uduzduğu oyunda yubileylər

admin

“Qəbələ”nin III təsnifat mərhələsindəki rəqibləri: “Torino”, “Olimpiakos”…

admin