İdman

Şeydayev debüt etmədi, “Trabzonspor” qol vurmadan uduzdu

Türkiyə Super Liqasında 3-cü turun qarşılaşmaları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” doğma meydanda”Osmanlıspor”u qəbul edib.

Matç qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimizin üzvü bu dəfə də heyətdə yer almayıb. Belə ki, baş məşqçi Ərsun Yanal həmyerlimizin adını matçın iştirak ərizəsinə daxil etməyib. Şeydayev ilk turda “Kasımpaşa” ilə oyunda da iştirak etməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43