Ölkə futbolu

Şeydayev, İsgəndərli və Diniyev Türkiyədə növbəti matçlarına çıxır – oyunlar canlı yayımlanacaq

Türkiyə I Liqası 21-ci turunun oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, sözügedən çempionatda çıxış edən azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar da bu gün növbəti matçını keçirəcək.

Vüsal İsgəndərlinin oynadığı “Boluspor” səfərdə “Keçiörəngücü” ilə üz-üzə gələcəksə, Coşqun Diniyevin şərəfini qoruduğu “Ümraniyəspor” doğma meydanda “Bodrumsor”u qəbul edəcək. Bakı vaxtı ilə saat 14:30-da start görütəcək oyunlar canlı yayımlanacaq. 

Azarkeşlər “Keçiörəngücü” – “Boluspor” matçını “TRT Avaz”dan, “Ümraniyəspor – “Bodrumspor” görüşünü isə “TRT Spor”dan izləyə biləcək.

Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” isə saat 17:00-da “Adanaspor”u qəbul edəcək. Bu görüş də “TRT Spor”dan canlı yayımlanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43