Ölkə futbolu

Şeydayev millinin futbolçusu ilə eyni mövqe uğrunda – RƏSMİ

Azərbaycanlı futbolçu Ramil Şeydayevin formasını geydiyi "Trabzonspor" hücum xəttini gücləndirməkdə davam edir.

İdmanxeber.com-un məlumatına görə, son olaraq kolumbiyalı oyunçu Kastilyonu heyətinə qatan "bordo-mavililər", "Portu"dan cənubi koreyalı hücumçu Hyun-Yun Suku da rənglərinə bağlayıb.

Türkiyə klubunun rəsmi saytından verilən xəbərdə deyilir ki, 25 yaşlı forvardla artıq danışıqlar başlayıb. O, icarə əsasında Trabzon təmsilçisində iştirak edəcək. İcarə haqqı olaraq isə, "Portu"ya 800 min avro ödəniləcək.

Qeyd edək ki, Hyun-Yun Suk Cənubi Koreya millisində 10 matçda meydana çıxıb və 4 qol vurub. O, "Ayaks" futbol məktəbinin yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43