Kateqoriyasız

Şeydayev oynadı, komandası Premyer Liqada qaldı

“Krılya Sovetov”  bu gün Rusiya Premyer Liqasında qalmaq uğrunda pley-offun cavab oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu Samara təmsilçisi evdə “Nijni Novqorod”la qarşılaşıb.

Şeydayevin 90 dəqiqə oynadığı görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda rəqibini 3:1 üstələyən “Krılya Sovetov” iki oyunun nəticəsinə görə elitadakı yerini qoruyub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43