Ölkə futbolu

Şeydayevin “Trabzonspor”u yenə qalib gəldi

Azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” daha bir yoxlama matçı keçirib.

İdmanxeber.com-un məlumatına görə, rəqib Macarıstanın “Gyirmot” klubu olub.

Qarşılaşma “bordo-mavililər”in 2:0 hesablı qələbəsi ilə nəticələnib. Türklərin qollarına 28-ci dəqiqədə Yusuf Ərdoğan və 79-cu dəqiqədə Yusuf Yazıcı imza atıblar.

 

Həmyerlimiz Şeydayev son 25 dəqiqəni meydanda keçirib. Belə ki, o, 65-ci dəqiqədə digər yeni transfer Kastilyonu əvəz edib.

 

Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”un heyətində yoxlama görüşlərində 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43