İdman

Siakam “İndiana Peysers”də

NBA-də “İndiana Peysers” və “Toronto Reptors” arasında treyd baş verib.

İdmanxeber.az insayder Shams Charaniaya əsasən xəbər verir ki, Paskal SIakam İndiana təmsilçisinə keçib. Kanada komandası isə bunun qarşılığında Bryus Braun və 3 dənə 1-ci tur draft seçimi əldə edib.

2016-cı ildə Toronto tərəfindən draft edilən Siakam 2019-cu ildə Kanada təmsilçisiylə çempion olmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43