21 Sentyabr 2024
Dünya futbolu

Silva “Çelsi”dən ayrılır?

Tiaqo Silvanın “Çelsi”ylə müqaviləsi mövsümün sonunda bitəcək.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı müdafiəçi karyerasını vətənində bitirmək istəyir. London klubu onun gedişinə mane olmayacaq. 

“Fluminense” təcrübəli oyunçunu heyətinə qatmaq istəyir.

Silva bu mövsüm “Çelsi”nin heyətində 20 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43