Dünya futbolu

Silva Ronaldonun uğurunu təkrarladı

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva İngiltərə çempionatının 19-cu turunun “Everton”la oyununda (3:1) məhsuldar ötürmə edib.

İdmanxeber.az-ın məlumatına görə, o, Premyer Liqada portuqaliyalı oyunçular arasında assistlərə görə ikinci yeri tutub. Futbolçunun aktivində 37 məhsuldar ötürmə var. Bu göstəriciyə görə Silva Kriştiano Ronaldo ilə bərabərdir.

Portuqaliyalı futbolçular arasında Premyer Liqada ən çox ötürmə edən futbolçu isə Nanidir – 43.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43