Milli komanda

Şimali İrlandiya – Azərbaycan oyununu canlı yayımlayacaq kanallar

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz Şimali İrlandiya ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Belfastda baş tutacaq görüş ölkəmizdə canlı yayımlanacaq. Noyabrın 11-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşmanı “İctimai TV” canlı yayımlayacaq.

Bundan başqa Rusiyanın “Matç Futbol 3” kanalı bu oyunu matç bitikdən sonra videoyazı şəklində tamaşaçılara nümayiş etdirəcək.

Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan milli komandası 7 xalla qup ikincisidi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43