Dünya futbolu

Şimali İrlandiya millisinin hücumçusu yığmamıza qarşı oynamayacaq

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığmasının heyətində itki var.

Komandanın əsas hücumçularından olan Ceymi Uord zədə səbəbindən millimizlə görüşdə iştirak etməyəcək. İngiltərə Çempionşipində çıxış edən “Nottingem Forest” klubunun 31 yaşlı forvardı mövsümün son oyununda zədələnib.

Komandanın digər hücumçusu Konor Vaşinqton toyu ilə əlaqədar millimizlə görüşü buraxacaq.

Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43