Dünya futbolu

Şimali İrlandiyanın heyətində 2 yeni futbolçu

DÇ-2018-in seçmə mərhələsinin iyunun 10-da keçiriləcək görüşündə Azərbaycan millisinin qonağı olacaq Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib.

Baş məşqçi Maykl Onil daha iki oyunçunu millinin düşərgəsinə çağırıb.

Bunlar Şotlandiyanın “Kilmarnok” klubunun üzvü Cordan Cons və İngiltərə “Lids”inin oyunçusu Beyli Pikok-Farreldi. Onlar iyunun 2-də Yeni Zelandiya ilə yoxlama, 8 gün sonra millimizlə baş tutacaq görüşlərin hazırlığına qatılacaq.

Şimali İrlandiya yığması ilk toplanışı İngiltərənin Mançester şəhərində keçirib. Hazırlıq prosesində İngiltərə və Şimali İrlandiyanın yüksək liqalarında forma geyinən futbolçuların çoxu qatılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43