İdman

Simeon Slavçev: “Bundan sonra keyfiyyətli futbol oynamağa başlayacağıq”

“Ümumi götürdükdə, oyunun nəzarətini öz əlimizdə saxladıq.Komanda olaraq, yaxşı təsir bağışladığımızı düşünürəm”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Simoen Slavçev deyib.

Bolqarıstanlı ftbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Albaniyanın “Kukesi” klubuna qarşı keçirdikləri matçı dəyərləndirib: “Bakıdakı oyunda daha yaxşı mübarizə aparacağıq. Təbii ki, bu oyunda əsas çatışmazlığımız hücum xəttində idi. Son zərbəni vurmaqda çətinlik çəkirdik.

Bakıdakı matçda hücumun son nöqtəsində effektiv oynamalıyıq. Bundan başqa, komanda yenidir, futbolçular bir-birinə tam öyrəşməyib. Düşünürəm ki, xəttlər arasında anlaşma tam bərpa olunduqdan sonra keyfiyyətli futbol oynamağa başlayacağıq”.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43