Dünya futbolu

Simeon Slavçev millidə zədələndi

O, Bolqarıstan millisinin düşərgəsində zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu Millətlər Liqasının ikinci turunun Norveçlə oyunu öncəsi isinmə hərəkətləri zamanı zədə alıb. Buna qədər adı matçın start heyətində yer alan oyunçu məcburiyyətdən Martin Raynovla əvəzlənib.

Qeyd edək ki, Bolqarıstan millisi Millətlər Liqasına qələbə ilə başlayıb. Slavçevin komandası ilk turda səfərdə Sloveniyanı 2:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43