Dünyadan

Simeone “Atletiko”da qalır

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone 2017-2018 mövsümünün sonuna kimi Madrid klubunu çalışdıracaq. İspaniya mətbuatının yaydığı xəbərə görə, bu barədə klubun baş direktoru Miqel Anxel Xil məlumat verib:

“Simeone “Atletiko”da işinə davam edəcək. O, növbəti mövsüm də klubu çalışdıracaq”.

Qeyd edək ki, D.Simeone PSJ, “Latsio” və “İnter”in maraqlandığı iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43