Dünya futbolu

Simeone: “Futbolçularıma “Qarabağ”ı xatırlatmamalıyıq”

“Atletiko”nun baş məşqçisi “Brügge”ilə oyundan öncə mətbuat konfransı keçirib.

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Brügge” ilə qarşılaşacaq olan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyundan öncə mətbuat konfransı keçirib. O, ötən mövsümdəki “Qarabağ”la keçirilən görüşlər barəsində də danışıb:

“Düşünmürəm ki, futbolçularımıza “Qarabağ”ı xatırlatmalıyıq. Çünki onlar necə oynamalı olduqlarını bilirlər. Monakoda öz oyunumuzu yaxşılaşdırdıq və ondan sonra irəliyə doğru gedirik. İdeal variantı tapmaq üçün bütün komanda ilə həm müdafiə olunmalı, həm də hücum etməliyik


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43