Ölkə futbolu

“Simurq” 2 futbolçusundan məhrum hazırlaşır

Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşündə Almanyanın “Velbert” klubunu minimal hesabla məğlub etməyi bacaran “Simurq”, hazırlıqları davam etdirir.

Dünən iki məşqə çıxan Zaqatala təmsilçisi səhər çalışmalarında əsasən taktiki və texniki tapşırıqları yerinə yetirib. Qaçış və isinmə hərəkətləri ilə başlayan məşqdə daha sonra iki qrupa bölünən futbolçular müdafiə və hücumların təşkilindən ibarət təmrinləri yerinə yetirib. Sonda isə qapıya zərbələr yerinə yetirilib. Axşam çalışmalarında isə komanda isinmə hərəkətlərindən sonra qısa ötürmələrdən ibarət tapşırıqları yerinə yetirib. Daha sonra ikitərəfli oyunla və qapıya zərbələrlə hazırlığı tamamlayıb.

Çalışmalarda U-21-ə çağrılan Murad Səttarlı və “Velbert”lə oyunda zədələnən İlkin Qırtımov iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43