Ölkə futbolu

“Simurq” Almaniya və Rumıniya klublarına qarşı

Təlim-məşq toplanışı çərçivəsində Antalyada 4 yoxlama görüşü keçirəcək “Simurq”un 2 rəqibinin adına aydınlıq gəlib. Zaqatala təmsilçisi Almaniya və Rumıniya klublarına qarşı oynaycaq.

Georgi Çixradzenin yetirmələri yanvarın 16-da Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan “Velbert” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Zaqatalalıların qardaş ölkədəki 2-ci rəqibi isə Rumıniyanın “Vasluy” klubu olacaq. Bu yoxlama görüşü isə yanvarın 19-da keçiriləcək.

Qeyd edək ki, digər 2 yoldaşlıq görüşlərindəki rəqibləri və keçirilmə vaxtları yaxın günlərdə bilinəcək. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43