Kateqoriyasız

“Simurq” AZAL-ı məğlub etmək üçün planlar cızır

Ötən tur “Şəfa stadionu”nda azlıqda qalmasına baxmayaraq, hazırkı turnir cədvəlinin lideri “Qəbələ” ilə qolsuz heç-heçə edən “Simurq”, növbəti oyunun hazırlıqlarını davam etdirir. 

İdmanxeber.com klub saytına istinadən xəbəb verir ki, bu görüşdən sonra yetirmələrinə istirahət verməyən Georgi Çixradze, futbolçularını AZAL-la görüşdə qələbəyə kökləməyə çalışır.

Hər gün “Şəfa stadionun”da məşqləri davam etdirən Zaqatala təmsilçisi, əsasən taktiki və texniki tapşırıqların yerinə yetirilməsi üzərində çalışır. Sabah komanda qarşılaşmanın keçiriləcəyi “AZAL Arena”da sonuncu məşqinə çıxacaq.

Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli komandadan ayrı, qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında hazırlıqları davam etdirir.

Qeyd edək ki, Topaz Premyer Liqasının IX turu çərçivəsində keçiriləcək AZAL – “Simurq” oyunu oktyabrın 4-də, saat 18:00-da, “AZAL Arena”da keçiriləcək. Cəza səbəbindən Draqan Çeran və İlkin Qırtımov bu görüşdə forma geyinə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43