Kateqoriyasız

“Simurq” AZAL-la oyuna itkilərlə çıxacaq

Bu gün Topaz Premyer Liqasının IX turunda “Simurq” AZAL-ın qonağı olacaq.

Zaqatala təmsilçisi dünən qarşılaşmanın oynanılacağı stadionda sonuncu məşqinə çıxıb. Bir saata yaxın davam edən hazırlıq prossesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra iki qrupa bölünərək “kvadrat” oynanılıb. İkitərfli oyundan sonra isə cinahlardan asmalar və onların qapanması təmrinləri yerinə yetirilib. Bununla da “sarı-qaralar” məşqi tamamlayaraq istirahətə çəkilib. “AZAL” – “Simurq” oyunu bu gün saat

“Simurq” saat 18:00-da start götürəcək qarşılaşmaya  ciddi itkilərlə çıxacaq. Belə ki, “təyyarəçilər”lə görüşdə cəzalı Draqan Çeranla, İlkin Qırtımov və hələ də zədəsini tam sağalmayan Rövşən Əmiraslanov forma geyinə bilməyəcək.

Qeyd edək ki, AZAL – “Simurq” oyunun İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43