Premyer Liqa

“Simurq” – “Bakı”: Kalonas keçmiş komandasına qarşı

Topaz Premyer Liqasının 20-ci turunda “Bakı” Zaqatalada “Simurq”la qarşılaşacaq.

PFL-in rəsmi saytına istinadən verdiyimiz məlumata görə, qış fasiləsində Kamran Ağayev, Rəhman Hacıyev və Mindauqas Kalonasla yollarını ayıran bakılılar, yalnız I Divizion təmsilçisi “Lokomotiv”dən Tural Qürbətovu heyətinə cəlb edib.

Qeyd edək ki, Topaz Premyer Liqasının ikinci yarısını “Simurq”da çıxış edəcək Kalonas 7 qolla cari mövsümün ən sərrast futbolçularındandır.

26.11.2006 Simurq (Zaqatala) – Bakı 0:0

18.05.2007 Bakı – Simurq (Zaqatala) 3:2

07.10.2007 Bakı – Simurq (Zaqatala) 1:1

13.04.2008 Simurq (Zaqatala) – Bakı 0:0

16.11.2008 Simurq (Zaqatala) – Bakı 2:1

02.05.2009 Bakı – Simurq (Zaqatala) 1:0

12.09.2009 Bakı – Simurq (Zaqatala) 1:2

13.12.2009 Simurq (Zaqatala) – Bakı 1:2

19.09.2010 Simurq (Zaqatala) – Bakı 1:1

05.12.2010 Bakı – Simurq (Zaqatala) 0:1

14.08.2011 Bakı – Simurq (Zaqatala) 0:0

20.02.2012 Simurq (Zaqatala) – Bakı 0:2

10.08.2012 Bakı – Simurq (Zaqatala) 0:0

22.02.2013 Simurq (Zaqatala) – Bakı 0:0

30.03.2013 Simurq (Zaqatala) – Bakı 0:1

28.04.2013 Bakı – Simurq (Zaqatala) 2:1

24.08.2013 Simurq (Zaqatala) – Bakı 0:3

01.11.2013 Bakı – Simurq (Zaqatala) 3:2

Bu komandalar arasında keçirilən oyunlarda “Bakı”nın aşkar üstünlüyü var. 8 dəfə qələbə qazanan bakılılar, cəmi 3 dəfə rəqibinə məğlub olub. Digər 7 oyun isə heç-heçə başa çatıb.

Qeyd edək ki, “Simurq”un 3 qələbəsindən yalnız biri ev oyununa təsadüf edib. Zaqatalalılar ev sahibi olduğu son 4 oyunda “Bakı”nın qapısına yol tapa bilməyiblər. “Simurq”un “Bakı” üzərində son qələbəsi isə 2010-cu ilin sonlarına təsadüf edir.

Turnir cədvəlində rəqibindən 5 xal irəlidə olan paytaxt klubu son turda “Rəvan”ı 5-1 hesabı ilə məğlub edib. “Simurq” isə səfər oyununda “Neftçi”yə 0-3 hesabı ilə uduzub. “Bakı”nın heyətində Ruben Qonzalez cəza səbəbindən “Simurq”la oyunu buraxacaq. “Simurq” indiyədək topladığı xalların demək olar ki, yarısını ev oyunlarında qazanıb – 12 xal, 3 qələbə, 3 heç-heçə. “Bakı” isə cari mövsümdə “Sumqayıt” və “Rəvan”dan sonra səfərdə uğursuz çıxış edən üçüncü komandadır – 9 oyunda 8 xal (2 qələbə, 2 heç-heçə).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43