Ölkə futbolu

“Simurq” bir futbolçu ilə müqavilə bağladı

“Simurq” klubu İlkin Qırtımovla müqaviləsinin müddətini artırıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Zaqatala futbol məktəbinin yetirməsi daha iki il də komandanın uğurları üçün çalışacaq.

Vitse-kapitan yeni müqaviləyə qol çəkdikdən sonra fikirlərini klubun rəsmi saytına bildirib: “Yenidən doğma komandamda qaldığım üçün çox sevinirəm. Bir neçə təkliflərim var idi. Ancaq mənə futbolun sirrlərini öyrədən komandanı seçdim. Klub prezidenti və məşqçilərim də çox sağ olsunlar ki, məni komandada saxlamağa çalışdılar və yeni müqavilə təklif etdilər. Allahın köməkliyi ilə “Simurq”la daha böyük uğurlar qazanmaq istəyirəm.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43