Ölkə futbolu

“Simurq” Çixradze ilə bağlı yeni qərar verdi

“Simurq”un baş məşqçisi Georgi Çixradze klubla olan müqaviləsini yeniləyib. 

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, 2011/12-ci il mövsümünün 24-cü turunda rəsmən “Simurq”un sükanı arxasına keçən gürcü mütəxəssis, daha iki il Zaqatala təmsilçisinə rəhbərlik edəcək. 

Ötən mövsüm “Simurq”a tarixinin ikinci ən yaxşı nəticəsini qazandıran Georgi Çixradze Zaqatala təmsilçisi ilə Premyer Liqada 43, ölkə kubokunda isə 3 qarşılaşmaya çıxardıb. Onunla rəhbərliyi altında “Simurq”çempionatda 16 qələbə, 9 məğlubiyyət, 18 heç-heçə edib. Ölkə kubokunda isə, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət qeydə alınıb.    


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43