Ölkə futbolu

“Simurq” da Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdi – FOTO

Bu gün "Simurq" Peşəkar İdman Klubu da Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib.

Komandanın prezidenti Anar Bəkirov başda olmaqla, məşqçilər korpusu, texniki heyət və futbolçular Zaqatalada soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib.

Həmçinin,  Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı bütün yaş qruplarıda da şəhidlərin ruhları ehtiramla yad edilib, məşqçilər məşqdən öncə hadisə ilə bağlı çıxış edərək, erməni vəhşilikləri haqqında yetirmələrinə bir daha məlumatlar verib. O cümlədən, komandanın heyətində forma geyinən legioner futbolçuların elektron ünvanlarına Xocalı faciəsi haqqında məlumatlar göndərilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43