Bu gün Xocalı Soyqırımının törədilməsindən 23 il ötür. “Simurq”un əvəzedici heyəti ilə yanaşı, Uşaq Futbol Məktəbinin kollektivi Zaqatala şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Şəhidlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad edilib, abidə önünə qərənfillər qoyulub.