Ölkə futbolu

“Simurq” hazırlıqların son pilləsində

Antalyada təlim-məşq toplanışını tamamlamaq üzrə olan “Simurq” dünən bir məşqə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, yerli vaxtla saat 12:00-da başlayan hazırlıq iki saata yaxın davam edib.

Yoxlama görüşündə 90 dəqiqə meydanda olan futbolçular çalışmaları yalnız qaçış və isinmə hərəkətləri ilə tamamlayaraq, istirahətə çəkilib. Digər qrup isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün bərpasından ibarət təmrinlərdən sonra qısa ötürmələr üzərində çalışmanı davam etdirib. Məşqin ikinci hissəsində isə qapıya zərbələr və ikitərəfli oyun keçirilib.

Qeyd edək ki, bu gün “Simurq” Antalyada son məşqini edəcək, yanvarın 24-də isə sonuncu yoxlama görüşünü keçirərək ölkəyə qayıdacaq. Topaz Premyer Liqasının 19-cu turunda “Xəzər Lənkəran”ı qonaq edəcək komanda iki günlük istirahətdən sonra doğma arenada bu matçın hazırlıqlarına başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43